Baş travmatoloq: "Bəzi klinikalar və həkimlər haqqında şişirdilmiş məlumatlar ağır fəsadlara səbəb olur"

Baş travmatoloq: "Bəzi klinikalar və həkimlər haqqında şişirdilmiş məlumatlar ağır fəsadlara səbəb olur" Vaqif Verdiyev: "Xəstəliyi 100 faiz sağaldacağını deyən həkim cinayət edir"
Sağlamlıq
631
26 Dekabr , 2016 11:43
Baş travmatoloq: Bəzi klinikalar və həkimlər haqqında şişirdilmiş məlumatlar ağır fəsadlara səbəb olur

Bakı. 26 dekabr. REPORT.AZ/ "Xəstəliyi tam sağaldacağını deyən həkim və bunu yazan KİV qəbahətə yol verir, hətta cinayət edir".

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, Azərbaycanın baş travmatoloqu Vaqif Verdiyev deyib.

O bildirib ki, televiziya kanallarında bəzi klinikaların və həkimlərin reklamı zamanı şişirtmələrə yol verilir, sonsuzluq və sağalmayan bəzi xəstəliklərin müalicəsinə 100 faiz zəmanət verildiyi bəyan olunur: "Bu çür məlumatlar əhalini çaşdırır və nəticədə çox ağır fəsadlar yaranır. Dünyanın heç bir ölkəsində, hətta tibbin yüksək səviyyədə inkişaf etdiyi ABŞ-da belə həkimlər heç vaxt xəstəliyin sağalmasına tam zəmanət vermirlər. Bu məsələdə ancaq ehtimaldan danışmaq olar".  

Son xəbərlər

Orphus sistemi