Baş pediatr: "Uşaq ölümü 1992-1993-cü ildən başlayaraq azalıb"

Baş pediatr: "Uşaq ölümü 1992-1993-cü ildən başlayaraq azalıb" "Uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb"
Sağlamlıq
29 Noyabr , 2016 12:53
Baş pediatr: Uşaq ölümü 1992-1993-cü ildən başlayaraq azalıb

Bakı. 29 noyabr. REPORT.AZ/ "Azərbaycanda uşaq ölümü 1992-1993-cü ildən başlayaraq azalıb".

"Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev keçirdiyi mətbuat konfransında deyib.

2015-ci il yanvarın 1-dən diridoğulmanın yeni meyarlarının tətbiqinə başlanıldığını xatırladan baş pediatr əlavə edib ki, bu meyarlar qüvvəyə minənədək diridoğulma hamiləliyin 28-ci həftəsindən doğulanlara, bədən kütləsi 1 kq-dan çox olanlara aid edilirdi: "28-ci həftədən əvvəl doğulanlar gecikmiş düşük hesab olunurdu və uşaq kimi qeydiyyata alınmırdı. Keçən ildən isə diridoğulmanın yeni meyarlarının tətbiqi ilə əlaqədar hamiləliyin 22-28 həftəsində baş verən ölüm hadisələrini də uşaq ölümlərinə əlavə edirik. Buna görə də uşaq ölümü göstəricisi 12 promilliyə qədər artıb".

Son xəbərlər

Orphus sistemi