Baş infeksionist: “COVID-19-un fəsilliyinin olması barədə dəqiq məlumat yoxdur”

Baş infeksionist: “COVID-19-un fəsilliyinin olması barədə dəqiq məlumat yoxdur” “Hətta havanın temperaturunun 25 dərəcədən yüksək olması belə virusun yayılmasının qarşısını almır”.
Sağlamlıq
4 İyun , 2021 14:13
Baş infeksionist: “COVID-19-un fəsilliyinin olması barədə dəqiq məlumat yoxdur”

“Hətta havanın temperaturunun 25 dərəcədən yüksək olması belə virusun yayılmasının qarşısını almır”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, infeksiyanın yayılmasının əsas səbəblərdən biri insanların yaxın təmasda olmasıdır: “COVID-19-un fəsilliyinin olması barədə dəqiq məlumat yoxdur”.

Baş infeksionist qeyd edib ki, qapalı məkanlarda, havalandırma olmayan yerlərdə bir nəfərin xəstə olması daha çox insanın virusa yoluxmasına səbəb olur. O bildirib ki, qış aylarında insanlar daha çox qapalı yerlərdə olduqların üçün yoluxmalar çox olur: “Yay aylarında isə havalandırma olduğu üçün yoluxanların sayı da az olur”.

Son xəbərlər

Orphus sistemi