Baş həkimin müavini: "Pandemiyada təcili yardıma yalnız koronavirusla bağlı müraciət daxil olmayıb"

Baş həkimin müavini: "Pandemiyada təcili yardıma yalnız koronavirusla bağlı müraciət daxil olmayıb" "Bəzən təcili yardım xidməti ilə poliklinikaların görəcəyi işlər qarışıq salınır"
Sağlamlıq
1 Aprel , 2021 15:16
Baş həkimin müavini: Pandemiyada təcili yardıma yalnız koronavirusla bağlı müraciət daxil olmayıb

“Pandemiya dövründə sırf COVID-19-la əlaqəli təcili yardıma müraciət daxil olmayıb. Sadəcə müraciətlər çeşidləmə əsasında qeydə alınır. İlk olaraq səbəbə baxılaraq təcili olanlar icra olunur”.

“Report” xəbər verir ki, bu fikirləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva deyib.

Onun sözlərinə görə, bədbəxt hadisələr, qəzalarla bağlı çağırışlar ilk sıralardadır: “Təcili çağırışlar icra olunduqdan sonra digər yüngül formalı çağırışların icrası həyata keçirilir. Bəzən təcili yardım xidməti ilə poliklinikaların görəcəyi işlər qarışıq salınır. Təbii ki, bu da təcili tibbi yardımın yüklənməsinə səbəb olur”.

Son xəbərlər

Orphus sistemi