Baş həkim: “Bu həftə “Od çərşənbəsi”ndə tonqaldan tullanarkən xəsarət alan 7 uşaq yanıq şöbəsinə gətirilib”

Baş həkim: “Bu həftə “Od çərşənbəsi”ndə tonqaldan tullanarkən xəsarət alan 7 uşaq yanıq şöbəsinə gətirilib” Onlar 7-14 yaş arası uşaqlar olub
Sağlamlıq
107
2 Mart , 2017 12:24
Baş həkim: “Bu həftə “Od çərşənbəsi”ndə tonqaldan tullanarkən xəsarət alan 7 uşaq yanıq şöbəsinə gətirilib”

Bakı. 2 mart. REPORT.AZ/ “Bu həftə “Od çərşənbəsi”ndə tonqaldan tullanarkən yanıq xəsarəti alan 7 uşaq yanıq şöbəsinə gətirilib”.

“Report” xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Şahin Əliyev deyib.

O bildirib ki, uşaqlarda daha çox II dərəcəli əl və diz nahiyələrinin yanıqları müşahidə edilib: “Onlar 7-14 yaş arası uşaqlar olub. Ümumiyyətlə yanıq xəsarəti alan xəstələr arasında uşaqlar üstünlük təşkil edir. Hər il klinikanın yanıq şöbəsinə müraciət edənlərin 65%-ni uşaqlar, qalanlarını isə böyüklər təşkil edir. Misal olaraq, keçən il 70 yaşlı kişi, yaşlı qadın, hamilə qadında da yanıqla bağlı şöbəyə müraciət etmişdi”.

Baş həkim xatırladıb ki, hər il Novruz çərşənbələrində tonqalda yanma ilə bağlı Klinikanın yanıq şöbəsinə müxtəlif dərəcəli yanıqla əlaqəli müraciətlər daxil olur.

Son xəbərlər

Orphus sistemi