Bakıdakı xəstəxanalardan birinə yeni baş həkim təyin edilib

Bakıdakı xəstəxanalardan birinə yeni baş həkim təyin edilib O, əvvəllər Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyib
Sağlamlıq
15 Sentyabr , 2017 17:43
Bakıdakı xəstəxanalardan birinə yeni baş həkim təyin edilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edilib. 

"Report" xəbər verir ki, bu vəzifəyə İsmayıl Mirzəliyev təyin olunub.

O, əvvəllər Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyib. İ.Mirzəliyev eyni zamanda Mərkəzi Neftçilər Xəstəxanası baş direktorunun birinci müavini vəzifəsini icra edəcək.

Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasına baş həkimi vəzifəsinin icrası müvəqqəti olaraq Əlyar Sərvərova tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi