Bakıda süd məhsullarının istehsalı müəssisəsi nöqsanlara görə bağlanıb

Bakıda süd məhsullarının istehsalı müəssisəsi nöqsanlara görə bağlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Bünyadov küçəsi v3, mənzil 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kozlovskaya Nina Yevgenyevnaya məxsus süd məhsullarının istehsalı müəssisəsi
Sağlamlıq
6 İyun , 2022 17:10
Bakıda süd məhsullarının istehsalı müəssisəsi nöqsanlara görə bağlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Bünyadov küçəsi v3, mənzil 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kozlovskaya Nina Yevgenyevnaya məxsus süd məhsullarının istehsalı müəssisəsində apardığı planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi məlum olub.

AQTA-dan "Report"a verilən məlumata görə, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmur, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılması eyni sahədə həyata keçirilir.

Həmçinin istehsal olunan qatıq və dovğa məhsullarının tərkibi ilə etiketlənməsində uyğunsuzluqlar, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan məhsullar və digər nöqsanlar aşkar edilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi