Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrin vəziyyəti açıqlanıb

Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrin vəziyyəti açıqlanıb Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar.Hadisə zamani evdə olan bədən xəsarəti almişlarin 4 nün də vəziyyəti orta ağirdi.Üzlərində,bo
Sağlamlıq
31 Yanvar , 2023 11:42
Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrin vəziyyəti açıqlanıb

Sabunçu qəsəbəsində yerləşən evdə baş verən partlayış nəticəsində xəsarət alan Pakistan (iki) və Hindistan vətəndaşları (iki) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı bədən xəsarəti alan 4 nəfərin vəziyyəti orta ağırdır.

Qeyd olunub ki, yaralılar üz, boyun, əl və ayaqlarında ikinci və üçüncü dərəcəli termiki yanıq diaqnozu ilə Mərkəzin Reanimasiya şöbəsində müalicə alırlar.

Xatırladaq ki, xəsarət alanların Odlar Yurdu Universitetinin tələbələri olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi