Bakıda KİV-lərin QİÇS-lə mübarizədə rolu məsələsi müzakirə olunub

Bakıda KİV-lərin QİÇS-lə mübarizədə rolu məsələsi müzakirə olunub Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda media nümayəndələri üçün “KİV-lərin QİÇS-lə bağlı stiqma və diskrimnasiyaya qarşı mübarizədə rolu” mövzusunda təlim kursu keçirilib.
Sağlamlıq
7 aprel 2018 08:06
Bakıda KİV-lərin QİÇS-lə mübarizədə rolu məsələsi müzakirə olunub
Report

Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda media nümayəndələri üçün “KİV-lərin QİÇS-lə bağlı stiqma və diskrimnasiyaya qarşı mübarizədə rolu” mövzusunda təlim kursu keçirilib.

“Report”un xəbərinə görə, təlim kursunda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodik şöbəsinin müdiri Eldəniz Muradov QİÇS-lə, onun yaranma səbəbləri ilə bağlı ümumi məlumat verib. 

Sonra İİV/QİÇS-ə aid video çarx nümayiş olunub. Həmin video çarxın müzakirəsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib ki, 2012-ci ildən indiyə kimi Azərbaycanın 50 regionunda könüllü məsləhət müayinə kabineti yaradılıb. O vurğulayıb ki, son illərdə dünyada bu xəstəliyə yoluxma halları artıb, ona görə də insanlar özlərini qormalıdırlar.

Şöbə müdiri bildirib ki, İİV-ə (immun çatışmazlığı virusu) yoluxan hər 10 nəfərdən 8-i dünyasını dəyişir: “İİV-infeksiyasının gizli (latent) dövrü 10 ilə qədər ola bilər. Böyüklərin təxminən 10 faizində xəstəlik ilk 2 il ərzində QİÇS mərhələsinə keçir”.

N.Zülfüqarov deyib ki, QİÇS-in tam müalicəsi mümkün deyil, çünki vaksin yoxdur, ona görə də müalicə ömürlükdür.

Son xəbərlər

Orphus sistemi