Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralananlar evə buraxılıblar

Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralananlar evə buraxılıblar Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri almış 9 nəfər gətirilib.
Sağlamlıq
1 noyabr 2019 05:32
Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində yaralananlar evə buraxılıblar

Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri almış 9 nəfər gətirilib. 

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, yaralılara lazımi tibbi yardım göstərilib. 

Daha sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, hadisə oktyabrın 31-də Sabunçu rayonu, Ramana yolunda baş verib. 49 və 106 saylı sərnişin avtobusları Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında toqquşub. 

Son xəbərlər

Orphus sistemi