Bakıda I Donor Əlaqələndirmə Görüşü keçiriləcək

Bakıda I Donor Əlaqələndirmə Görüşü keçiriləcək Bakı. 12 mart. REPORT.AZ/ Martın 16-da Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə Four Seasons Hoteldə I Donor Əlaqələndirmə Görüşü keçiriləcək. 
Sağlamlıq
12 Mart , 2018 16:19
Bakıda I Donor Əlaqələndirmə Görüşü keçiriləcək
Report

Bakı. 12 mart. REPORT.AZ/ Martın 16-da Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə "Four Seasons Hotel"də I Donor Əlaqələndirmə Görüşü keçiriləcək. 

Bu barədə "Report"a Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verilib.

Görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti, eyni zamanda qısa və ortamüddətli hədəfləri üzrə təqdimatlar keçiriləcək.

Tədbirin sonunda sual-cavab sessiyası təşkil olunacaq, beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi