Bakıda “Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda konfrans keçirilib

Bakıda “Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda konfrans keçirilib ​Baş mama-ginekoloq: "Hamilə qadınlar tez həkimə müraciət etmədikdə fəsadlaşmalar vaxtında həll edilmir"
Sağlamlıq
2700
18 Oktyabr , 2017 16:43
Bakıda “Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda konfrans keçirilib
Report/ Firi Salim

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Hamiləlik zamanı fəsadlaşmaların əmələ gəlməsinin müəyyən kriteriyaları var".

"Report" xəbər verir ki, bunu Respublika Perinatal Mərkəzdə “Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı tibb müəssisəsinin direktoru, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, hamiləlik zamanı hamiləliyin özünün fizioloji normal keçməsi üçün bir neçə amil var: "Ən birinci amil qadın hamilə qalmadan əvvəl müayinələrdən keçməlidir. Orqanizmdə olan hər hansı bir kənara çıxmaları vaxtında aşkarlamaq və gələcək hamiləliyin orqanizmə necə təsir göstərəcəyi müəyyən etmək mütləqdir. İkinci məsələ hamiləlik dövründə meydana gələn hamiləlik fəsadlaşmalarıdır. Belə hallar, adətən,  hamiləliyin 22-ci həftəsindən sonra baş verir. Hamiləliyin ilk günlərində qadınlar tez-tez həkimə getsələr də, hər şey normal olduqda sonradan onlar sanki arxayınlaşırlar".

S.Məmmədova bildirib ki, hamiləliyin fəsadlaşmaları artdığı dövrdə qadınlar həkimə gec müraciət edirlər: "Belə olanda da həkimlər fəsadlaşmaları vaxtında həll edə bilmirlər. Ona görə də sonrakı müddətdə xoşagəlməz problemlər əmələ gəlir. 18 yaşına qədər hamilə olan və yaxud 35 yaşından yuxarı ilk dəfə hamilə qalan, piylənməsi, ailə anemnezində - ana, xala, nənəsində hamiləlik vaxtı hər hansı bir preklamsiya, eklamsiya və digər xəstəliklər olarsa, həmin qadında da bu fəsadlar ola bilər. Eyni zamanda stress və nevroloji xəstələrdə də belə nəticələr gözləniləndir".

Son xəbərlər

Orphus sistemi