Bakıda gecə klubunda baş verən partlayışda yaralanan daha bir nəfər evə buraxılıb

Bakıda gecə klubunda baş verən partlayışda yaralanan daha bir nəfər evə buraxılıb Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlarla bağlı yenilənmiş MƏLUMAT
Sağlamlıq
4 aprel 2022 15:32
Bakıda gecə klubunda baş verən partlayışda yaralanan daha bir nəfər evə buraxılıb

Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün ümumilikdə ambulator müalicə üçün 3 nəfər evə göndərilib.

"Hazırda tibb müəssisələrində ümumilikdə 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir" - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi