Bakıda COVID-19-un ən geniş yayıldığı rayonun adı açıqlanıb

Bakıda COVID-19-un ən geniş yayıldığı rayonun adı açıqlanıb Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub.
Sağlamlıq
12 Oktyabr , 2021 12:07
Bakıda COVID-19-un ən geniş yayıldığı rayonun adı açıqlanıb

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.

“Report” xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,6 %-lə Xətai, 11,8 %-lə Sabunçu, 11,7 % Yasamal, 8,4 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi, 7,6 %-lə Xəzər, 7,1 %-lə Nizami, 4,9 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi