Bakıda çörək sexində nöqsanlar aşkarlanıb

Bakıda çörək sexində nöqsanlar aşkarlanıb Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küç., ev 5D ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsədov Asim Ehtiram oğluna məxsus çörək istehsalı müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya n
Sağlamlıq
344
9 Mart , 2022 12:27
Bakıda çörək sexində nöqsanlar aşkarlanıb

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küç., ev 5D ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsədov Asim Ehtiram oğluna məxsus çörək istehsalı müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, müəssisənin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin çörəklərin etiket məlumatlarında çəkisinin qeyd edilmədiyi, duzun, geri qaytarılmış çörəklərin bir başa döşəmədə saxlanıldığı və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi