Bakıda bir həftə komada qalan 3 aylıq körpənin həyatı xilas edilib

Bakıda bir həftə komada qalan 3 aylıq körpənin həyatı xilas edilib Təxminən bir həftəyə yaxın koma vəziyyətində olan 3 aylıq körpənin həyatı xilas olunub. Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Mərkəzin nəzdində olan 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri olduqca ağır vəziyyə
Sağlamlıq
19 May , 2022 09:47
Bakıda bir həftə komada qalan 3 aylıq körpənin həyatı xilas edilib

Təxminən, bir həftəyə yaxın koma vəziyyətində olan 3 aylıq körpənin həyatı xilas olunub.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Mərkəzin nəzdində olan 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri olduqca ağır vəziyyətdə gətirilən 18.02.2022-ci il təvəllüdlü körpədə ikitərəfli bronxopnevmoniya, ikitərəfli atalektaz, sağ tərəfə ağciyərin dislokasiyası diaqnozunu qoyublar. Eyni zamanda qıcolma sindromundan əziyyət çəkən körpə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib və ciddi nəzarətə alınıb.

Həyat əlamətləri yetərincə aşağı olan körpə may ayının 9-da süni tənəffüs aparatına bağlanıb və 6-7 gün boyunca zondla qidalandırılıb.

Ümidlərini itirməyən həkimlərin davamlı və düzgün müalicəsi nəticəsində ötən gün körpə həyata qaytarılıb.

Hazırda körpənin vəziyyəti tam stabildir və reanimasiyadan çıxarılaraq müalicəsinin davam etdirilməsi üçün xəstəxananın Patologiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, körpənin bütün müayinə və müalicə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.

Son xəbərlər

Orphus sistemi