Bakı Nəqliyyat Agentliyi (BNA) Nobel prospekti, Nargilə dairəsi yaxınlığında baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
BNA-dan “Report”a verilən məlumata görə, qəza ilə bağlı Agentlik də araşdırmaya başlayıb:
"İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmçinin minik avtomobilinin sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəyə dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".
*** 16:40
Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.
"Report" xəbr verir ki, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb.


