Bakıda 7 nəfəri gün vurub

Bakıda 7 nəfəri gün vurub Gün vuranlardan iki nəfəri xəstəxanaya yerləşdirilib
Sağlamlıq
3 İyul , 2017 10:33
Bakıda 7 nəfəri gün vurub
Report

Bakı. 3 iyul. REPORT.AZ/ Bu il yay mövsümü başlayandan, yəni iyunun 21-dən bu günə qədər Bakıda 7 nəfəri gün vurub.

Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O bildirib ki, gün vuranlardan iki nəfəri xəstəxanaya yerləşdirilib.

R.Nağıyev vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə etməyi, çoxlu sərin maye qəbul etməyi tövsiyə edib: “Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur”.

Son xəbərlər

Orphus sistemi