Bakıda 554 küçə dezinfeksiya edildi

Bakıda 554 küçə dezinfeksiya edildi Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.
Sağlamlıq
936
16 Yanvar , 2021 16:48
Bakıda 554 küçə dezinfeksiya edildi

Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvar ayının 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yeni 2021-ci ildə ikinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə 20-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı 554 küçə dezinfeksiya olunub.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Son xəbərlər

Orphus sistemi