Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.
Sağlamlıq
12874
11 Sentyabr , 2018 12:01
Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.

"Report" xəbər verir ki, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Nelli Veyisova təyin edilib.

N.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq Open.az saytı yayıb. 

Son xəbərlər

Orphus sistemi