Bakı-Qazax yolundakı qəza ilə bağlı paytaxtdan reanimatoloqlar göndərilib - RƏSMİ

Bakı-Qazax yolundakı qəza ilə bağlı paytaxtdan reanimatoloqlar göndərilib - RƏSMİ Bakı. 16 mart. REPORT.AZ/ “Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında xəsarət alan 2010-cu və 2015-ci il təvəllüdlü azyaşlılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər”.
Sağlamlıq
16 Mart , 2018 12:19
Bakı-Qazax yolundakı qəza ilə bağlı paytaxtdan reanimatoloqlar göndərilib - RƏSMİ
Report

Bakı. 16 mart. REPORT.AZ/ “Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında xəsarət alan 2010-cu və 2015-ci il təvəllüdlü azyaşlılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər”.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, qəza nəticəsində iki qadın yerində keçinib: “Vəziyyətləri orta ağır olan iki azyaşlı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə zamanı daha bir kişi kəllə-beyin travması ilə xəstəxanaya gətirilib”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda Bakıdan həmin xəstəxanaya reanimatoloqlar göndərilib. 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, Bakı şəhəri istiqamətində hərəkət edən 10 XN 136 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili təmir işləri aparılan ərazidə əvvəlcədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq, yol kənarında təmir işləri aparan texnikaya çırpıb. Nəticədə qəza zamanı maşında olan iki sərnişin dünyasını dəyişib, yaralılar var. 

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi