B2 vitamini çatışmazlığının nəticələri açıqlanıb

B2 vitamini çatışmazlığının nəticələri açıqlanıb Malayziyanın Perdana (Perdana University) Universitetindən tədqiqatçılar aydınlaşdırdılar ki, B2 vitamininin defisiti sağlamlıq üçün nə qədər təhlükəlidir.
Sağlamlıq
1641
28 Noyabr , 2020 02:49
B2 vitamini çatışmazlığının nəticələri açıqlanıb

Malayziyanın Perdana (Perdana University) Universitetinin tədqiqatçıları B2 vitamininin defisitinin sağlamlıq üçün nə qədər təhlükəli olduğunu müəyyənləşdiriblər.

“Report” xəbər verir ki, bu barədə “Star” nəşri bildirib.

Alimlərin sözlərinə görə, B2 vitamini antioksidant xüsusiyyətini özündə saxlayır, bunun nəticəsində oksidləşdirmə zədələri yüngülləşir. Bu proseslər bir sıra xəstəliklərlə bağlı ola bilər.

Alimlər onkoloji, ürək-damar xəstəlikləri, diabet, həmçinin Alsqeymer xəstəlikləri inkişafı riskini istisna etmir.

Elm mütəxəssisləri deyirlər ki yüksək oksidləşdirmə stressi, riboflavin çatışmazlığına gətirib çıxara bilər.

Sonra qan azlığına gətirən qan dövranı sistemi funksiyalarının pisləşməsi də ola bilər. Bundan başqa, həzm sistemi də B2 vitamini çatışmazlığından zərər çəkə bilər.

Son xəbərlər

Orphus sistemi