Bakı. 14 oktyabr. REPORT.AZ/ Bərdə Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. "Report"un məlumatına görə, bu vəzifəyə Rəna Mustafayeva təyin edilib.
R.Mustafayeva indiyədək baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, R.Mustafayevadan əvvəl bu vəzifəni İftixar Zeynalov tuturdu. O bu ilin iyul ayında işdən çıxarılıb.