Azərbaycanın heyvan xəstəliklərindən azad zona statusu aldıqdan sonra əldə edəcəyi üstünlüklər açıqlanıb

Azərbaycanın heyvan xəstəliklərindən azad zona statusu aldıqdan sonra əldə edəcəyi üstünlüklər açıqlanıb BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın heyvan xəstəliklərindən azad zona statusu aldıqdan sonra əldə edəcəyi üstünlükləri açıqlayıb.
Sağlamlıq
12 Noyabr , 2021 15:12
Azərbaycanın heyvan xəstəliklərindən azad zona statusu aldıqdan sonra əldə edəcəyi üstünlüklər açıqlanıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın heyvan xəstəliklərindən azad zona statusu aldıqdan sonra əldə edəcəyi üstünlükləri açıqlayıb.

"Report" xəbər verir ki, FAO Baş Qərargahının eksperti Susanne Munstermann heyvan xəstəliklərindən azad zona statusu aldıqdan sonra Azərbaycanın ixracatçı və tranzit ölkə kimi mühüm üstünlüklər qazanacağını bildirib.

Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) qaydalarına əsasən, beynəlxalq ticarət şəbəkəsi vasitəsilə diri heyvanlar və heyvan mənşəli məhsulların dövriyyəsinin təmin olunması üçün ölkəmiz bir sıra heyvan xəstəliklərindən azad zona statusuna malik olmalıdır: "Bu xəstəliklərdən biri də xırdabuynuzlu heyvanların taunu xəstəliyidir. Xəstəlikdən azad statusun əldə edilməsi xırdabuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatının həyata keçirilməsi, eyni zamanda ölkəmizin ərazisi vasitəsilə diri heyvanların tranzit daşınmasında maneələr aradan qalxacaq və ölkələrarası əməkdaşlıq üçün yeni imkanlar yaranacaq".

Qeyd edək ki, son illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin ölkə ərazisi üzrə aparılmış epizootoloji və seroloji monitorinqlərdə xəstəliyə aid klinik təzahürlər və törədicisinə rast gəlinməyib. Bu da epizootik stabilliyin qorunub saxlanıldığını göstərir.

Respublikanın ərazisində epizootik vəziyyətin nəzarətdə saxlanması və xəstəliyin yayılma areallarının öyrənilməsi üçün Agentlik müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirib. Belə ki, FAO-nun “Baytarlıq diaqnostikası da daxil olmaqla xəstəliklərin müşahidəsi üçün milli potensialın artırılması layihəsi” çərçivəsində XBT-yə görə aktiv nəzarət sisteminin yaradılması və xəstəlikdən azad olmanın müəyyən edilməsi planının tətbiqi kimi tədbirlər həyata keçirilir.

XBT-dən azad zona statusunun alınması üçün həyata keçirilmiş xüsusi təyinatlı epizootiya əleyhinə tədbirlər barədə sənədlər toplusu tərtib olunmalı və 2022-ci ilin üçüncü rübündə OIE-yə təqdim edilməlidir.

Görülmüş işlərin qiymətləndirilməsi və sözügedən sənədlər toplusunun ölkə hesabatı qəbul edildiyi təqdirdə ölkəmizə XBT-dən azad zona statusu veriləcək. Nəticədə ixracatçı və tranzit ölkə kimi mühüm üstünlüklər qazanmaqla Azərbaycan regionda bu istiqamətdə ilk ölkə olacaq.

Son xəbərlər

Orphus sistemi