Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki soydaşlarımıza müraciət etdi

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki soydaşlarımıza müraciət etdi Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki həmvətənlərimizə müraciət ünvanlayıb.
Sağlamlıq
15 Mart , 2020 23:17
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki soydaşlarımıza müraciət etdi

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki həmvətənlərimizə müraciət ünvanlayıb.

“Report”un yerli bürosu xəbər xəbər verir ki, səfirlik Fransada olan və vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarını mövcud vəziyyətdən irəli gələn məsələlərin, habelə qarşılaşdıqları problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə konsulluq bölməsinə müraciət etməyə çağırıb.

Müraciətdə koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayıldığı və bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan etməsi qeyd olunur. Bu ölkədəki soydaşlarımızdan COVİD-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyələrə əməl olunması xahiş edilir.

Son xəbərlər

Orphus sistemi