Azərbaycan uroloqları Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Azərbaycan uroloqları Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib Gürcüstanın paytaxtı Tbilisidə Avropa Urologiya Assosiasiyasının təşkilatçılığı ilə Qafqaz və Mərkəzi Asiya uroloqlarının beynəlxalq elmi konfransı keçirilib.
Sağlamlıq
7 Oktyabr , 2019 13:29
Azərbaycan uroloqları Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstanın paytaxtı Tbilisidə Avropa Urologiya Assosiasiyasının təşkilatçılığı ilə Qafqaz və Mərkəzi Asiya uroloqlarının beynəlxalq elmi konfransı keçirilib.

Bu barədə "Report"a Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini, Onkourologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev məlumat verib.

Onun sözlərinə görə, tədbirdə Avropanın tanınmış mütəxəssisləri iştirak edib, fikir mübadiləsi aparılıb: ”Konfransda Azərbaycanın da 30-dan çox uroloqu iştirak edib. Mən elmi komitənin üzvü kimi sessiyalara moderatorluq etmişəm. Tədbirin iştirakçısı olan ölkələrdən 60-dan çox elmi iş müsabiqəyə təqdim olunmuşdu. Beynəlxalq elmi komitənin apardığı müzakirələrdən sonra Milli Onkologiya Mərkəzinin Onkourologiya şöbəsinin təqdim etdiyi “Sidik kisəsi xərçənginin yeni müalicə aspektləri” adlı elmi tədqiqatın nəticələri yüksək qiymətləndirildi".

Son xəbərlər

Orphus sistemi