Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı - STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı - STATİSTİKA Bu gün Azərbaycanda koronavirusla bağlı 5 013 test aparılıb.
Sağlamlıq
7 İyun , 2020 21:09

Bu gün Azərbaycanda koronavirusla bağlı 5 013 test aparılıb.

Bu barədə “Report” TƏBİB-ə istinadən xəbər verir.

Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin ümumi sayı 339 876-ya çatıb.

Qeyd edək ki, Azərbaycanda 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954, 1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat edib. 

Hazırkı dövrədək ölkəmizdə 7 553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3 316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Son xəbərlər

Orphus sistemi