Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanda şəhər mərkəzi xəstəxanalarından biri çoxprofilli tibb müəssisəsinə çevrilir. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmiri və yenidənqurma işlərindən sonra çoxprofilli tibb müəssisəsinə çevriləcək. Belə ki, xəstəxananın ərazisində uşaq reabilitasiya mərkəzinin tikintisi həyata keçiriləcək.