Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb

Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb “Son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb”.
Sağlamlıq
798
27 Oktyabr , 2021 15:25
Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb
0 : 00
0 : 00

“Son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, 0-13 yaşda olan uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliyi 2010-cu ildə 35 954 hal təşkil edirdisə, ötən il bu rəqəm 42 490 olub: “Rəqəmlərdən görünür ki, bu xəstəlikdə artım olub. 18 yaşadək uşaqlarda isə 2010-cu ildə həmin xəstəlik üzrə göstərici 45 000 təşkil edirdisə, keçən il bu rəqəm 57 592-i olub. Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına səbəb düzgün həyat tərzinin təbliğ edilməməsi və düzgün qidalanmanın olmamasıdır. Uşağa yeyə biləcəyi qədər qida vermək, onun üçün düzgün və planlaşdırılmış qida rasionu tətbiq etmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi