Deputat: "Yaxın bir il ərzində Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək"

Deputat: "Yaxın bir il ərzində Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək" Azərbaycanda anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün əhaliyə təsir göstərəcək qanunvericiliyin qəbul edilməsi zəruridir.
Sağlamlıq
9 Sentyabr , 2019 11:23
Deputat: Yaxın bir il ərzində Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək
Deputat Musa Quliyev / Report

"Azərbaycanda anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün əhaliyə təsir göstərəcək qanunvericiliyin qəbul edilməsi zəruridir".

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev unun effektiv zənginləşdirilməsi üçün potensialın artırılması üzrə keçirilən regional seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, anemiya və digər mikro elementlərin çatışmazlığı artıq dünyanın bir çox ölkələrinin problemidir: "Düşünürəm ki, UNİSEF-lə birgə ölkədə unun zənginləşdirilməsilə bağlı qanun qəbul ediləcək. Milli Məclisin payız sessiyasında Səhiyyə Komitəsində bu məsələ ilə bağlı dinləmə edəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək".

Son xəbərlər

Orphus sistemi