Toxumluq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb

Toxumluq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Sağlamlıq
24 oktyabr 2022 07:30
Toxumluq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə toxumluq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Səfər Nağıyev Ələsgər oğlu tərəfindən Rusiyada fəaliyyət göstərən Sovzixanov Nurdin Sovzixanoviçə məxsus müəssisədən idxal edilən 67 ton və hüquqi şəxs "Əkinçi -10 2021" MMC tərəfindən Rusiyada fəaliyyət göstərən Mahmudov Rafael Niyazi oğluna məxsus müəssisədən idxal edilən 20,2 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. Sepedonicus” - kartof yumrularında halqavari bakterial çürümə, “Clavibacter michiganensis subsp.michiganensis (Smith, Davis et al)” - bakterial xərçəng) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi