Azərbaycanda talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislər hazırlanacaq

Azərbaycanda talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislər hazırlanacaq Bundanəlavə, baza ali tibb və rezidentura təhsili proqramlarında hematologiya üzrə tədris saatları artırılacaq
Sağlamlıq
2059
10 Fevral , 2015 20:11
Azərbaycanda talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislər hazırlanacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda, o cümlədən xarici ölkələrdə talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislər hazırlanacaq. 

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanan "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

2015-2020-ci illəri əhatə edəcək kadr hazırlığı işi ilə məşğul olmaq Azərbaycanın Səhiyyə Nazirliyinə tapşırılıb.

Dövlət Proqramında həmçinin 2015-2016-cı illərdə baza ali tibb və rezidentura təhsili proqramlarında hematologiya üzrə tədris saatlarının artırılması da nəzərdə tutulub.

Bundan başqa, Səhiyyə Nazirliyi mütəmadi şəkildə respublikanın şəhər və rayonlarında talassemiya üzrə mütəxəssislərin hazırlanmasını, eləcə də həkimlər üçün talassemiyanın aktual problemləri üzrə tematik kursların təşkilini, talassemiya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsini, İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün talassemiyanın profilaktikası üzrə treninqlərin təşkilini həyata keçirəcək. 

Son xəbərlər

Orphus sistemi