Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb

Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 272 nəfərdir. Avqustun 1-də isə həmin şöbədə müalicəsini davam e
Sağlamlıq
2 Avqust , 2020 20:55
Azərbaycanda süni tənəffüs cihazına qoşulanların sayı azalıb

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 272 nəfərdir. Avqustun 1-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 267 nəfər idi.

Xəstələrdən 62 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün isə bu say 64-ə bərabər idi.

Hazırda ölkəmizdə 4 868 aktiv koronavirus xəstəsi var. Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Son xəbərlər

Orphus sistemi