Azərbaycanda son sutkada COVID-19-a 582 yoluxma qeydə alınıb, 15 nəfər ölüb

Azərbaycanda son sutkada COVID-19-a 582 yoluxma qeydə alınıb, 15 nəfər ölüb Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 582 yoluxma faktı qeydə alınıb, 1370 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
565
18 Dekabr , 2021 16:38
Azərbaycanda son sutkada COVID-19-a 582 yoluxma qeydə alınıb, 15 nəfər ölüb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 582 yoluxma faktı qeydə alınıb, 1370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 609 min 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 min 284 nəfər müalicə olunaraq sağalıb, 8 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 931 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 495, bu günə qədər isə ümumilikdə 5 milyon 739 min 928 test icra olunub.

Son xəbərlər

Orphus sistemi