Azərbaycanda son sutkada 26 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 26 nəfər koronavirusa yoluxub Azərbaycanda koronavirusa 26 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
19 Aprel , 2022 21:30
Azərbaycanda son sutkada 26 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 26 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Ümumilikdə 792 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 572 nəfər müalicə olunaraq sağalıb, 9706 nəfər vəfat edib, aktiv xəstə sayı 113 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4553, ötən müddət ərzində isə ümumilikdə 6 776 404 test aparılıb.

Son xəbərlər

Orphus sistemi