Azərbaycanda son sutkada 121 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda son sutkada 121 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb Azərbaycanda koronavirusa 121 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
8 Avqust , 2022 16:30
Azərbaycanda son sutkada 121 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirusa 121 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan bir nəfər vəfat edib.

Ölkədə indiyədək 802 060 nəfər koronavirusa yoluxub. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 9 761 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152 nəfərdir.

Ölkədə son sutka ərzində 2 442, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.

Son xəbərlər

Orphus sistemi