Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a bildirilib ki, son gün ərzində koronavirus infeksiyasına 79 yeni yoluxma qeydə alınıb, 69 nəfər müalicə olunaraq sağalıb.
Məlumata görə, xəstəlikdən 3 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 830 135 nəfər koronavirusa yoluxub. Onlardan 819 472 nəfər müalicə olunaraq sağalıb, 10 196 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 467 nəfərdir.
Son gün ərzində 1 266, hazırkı dövrədək isə 7 565 697 test aparılıb.
Eyni zamanda ölkədə son sutka ərzində 175 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 112, ikinci doza vaksinlərin sayı 20 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 33-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 10 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 956 979 olub.