Azərbaycanda son 6 ildə İİV-in anadan uşağa yoluxması halı qeydə alınmayıb

Azərbaycanda son 6 ildə İİV-in anadan uşağa yoluxması halı qeydə alınmayıb "Sərt karantin rejimi və digər məhdudiyyətlər İİV-in yayılma səviyyəsinin aşağı salınmasında gözlənilən 90-90-90 hədəfinə çatmaq nəticəsinə mənfi təsir göstərir".
Sağlamlıq
11 İyun , 2021 12:55
Azərbaycanda son 6 ildə İİV-in anadan uşağa yoluxması halı qeydə alınmayıb
Teymur Musayev

"Sərt karantin rejimi və digər məhdudiyyətlər İİV-in yayılma səviyyəsinin aşağı salınmasında gözlənilən 90-90-90 hədəfinə çatmaq prosesinə mənfi təsir göstərir".

"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

COVID-19 pandemiyasının, İİV-lə mübarizə planlı tədbirləri daxil olmaqla, həyatın bütün sahələrinə mənfi təsiri məsələsinə toxunan T.Musayev bildirib ki, buna baxmayaraq Azərbayanda İİV-in analardan uşağa yoluxmasının qarşısının alınması baxımından müsbət bir tendensiya var: "2015-ci ildən bəri İİV-ə şaquli yolla yoluxma halı qeydə alınmayıb. Zamanında qəbul edilən qərarlar, COVID-19 pandemiyasının ağır şərtlərində ARV terapiyasının davamlılığını və mövcudluğunu, Vərəm/HİV, narkoloji/HİV xidmətləri sahəsindəki xidmətlərin inteqrasiyasını təmin etdi".

Son xəbərlər

Orphus sistemi