Azərbaycanda qida sahəsində fəaliyyət göstərənlər məcburi tibbi müayinədən keçəcəklər

Azərbaycanda qida sahəsində fəaliyyət göstərənlər məcburi tibbi müayinədən keçəcəklər Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanda qida zəncirinin mühüm sahələrində sahibkarlıq subyektlərində işləyənlər tibbi müayinədən keçəcəklər.
Sağlamlıq
29 İyun , 2018 13:30
Azərbaycanda qida sahəsində fəaliyyət göstərənlər məcburi tibbi müayinədən keçəcəklər

Bakı. 29 iyun. REPORT.AZ/ "Azərbaycanda qida zəncirinin mühüm sahələrində sahibkarlıq subyektlərində işləyənlər tibbi müayinədən keçəcəklər".

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin əməkdaşların hansı formada tibbi müayinədən keçməsi bilavasitə sahibkarliq subyektlerinin rəhbərlərinin üzərinə düşür: "Bu iş Səhiyyə Nazirliyi ilə birgə həyata keçiriləcək. Biz, sadəcə, dövlət nəzarətini icra edəcəyik. Həmin işçilər Səhiyyə Nazirliyinin müvafiq tibbi mərkəzlərində isə tibbi müayinələrə cəlb olunacaqlar. Onlar tibbi kartlarla təmin ediləcəklər". 

Son xəbərlər

Orphus sistemi