Azərbaycanda qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən uşaqların sayı açıqlanıb

Azərbaycanda qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən uşaqların sayı açıqlanıb "Hazırda anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi dünyanın müxtəlif ölkələrində fərqli diapazonlarda dəyişir. Azərbaycanda bu nisbət hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş təşkil edir. Əslində bu kiçik populyasiyalar üçün böyük rəqəmlərdir"
Sağlamlıq
167
18 Noyabr , 2021 12:01
Azərbaycanda qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən uşaqların sayı açıqlanıb

"Hazırda anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi dünyanın müxtəlif ölkələrində fərqli diapazonlarda dəyişir. Azərbaycanda bu nisbət hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş təşkil edir. Əslində bu kiçik populyasiyalar üçün böyük rəqəmlərdir".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (uşaq kardioloqu) Elnur Həsənov deyib.

Onun sözlərinə görə, ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər: "Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin artıq ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozğunluqlar və ya hamiləlik dövründə ana orqanizminə təsir edən xarici faktorlar (dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər) aiddir. Molekulyar səviyyədə baş verən dəyişikliklərə xromosom və gen anomaliyaları aiddir. Bunlardan hamımızın bildiyi xromosom artıqlığı səbəbi ilə yaranan Daun sindromudur".

Mütəxəssis qeyd edib ki, bu xəstələrin təxminən 40%-i ürək qüsuru ilə anadan olur: "Qüsurlu xəstələrin demək olar ki, böyük faizi erkən yaşda cərrahi müalicəyə ehtiyac duyur. Ümumilikdə, 2020-ci il ərzində Azərbaycanda 18 yaşına qədər qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən 12 min 465, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları problemi ilə isə 2021 uşaq qeydiyyata alınıb".

Son xəbərlər

Orphus sistemi