Azərbaycanda #PeyvəndOlundum kampaniyasına başlanılıb

Azərbaycanda #PeyvəndOlundum kampaniyasına başlanılıb Bu gündən etibarən Azərbaycanda yaşı 18-dən yuxarı olan vətəndaşların COVID-19 əleyhinə peyvənd olunmasına start verilib
Sağlamlıq
10 May , 2021 19:51
Azərbaycanda #PeyvəndOlundum kampaniyasına başlanılıb

Bu gündən etibarən Azərbaycanda yaşı 18-dən yuxarı olan vətəndaşların COVID-19 əleyhinə peyvənd olunmasına start verilib.

Bu barədə "Report"a Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Bununla əlaqədar olaraq Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (Ü:ST) Azərbaycanda peyvəndləmənin dəstəklənməsi layihəsi çərçivəsində #PeyvəndOlundum kampaniyasına başlayıb.

Belə ki, istənilən şəxs də peyvənd olunduqdan sonra "Facebook" profil fotosu ilə qeyd olunan çərçivəni istifadə etməklə kampaniyaya qoşula bilər: https://bit.ly/3hdZjSS

Son xəbərlər

Orphus sistemi