Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada 3 067 nəfər vaksinasiya olunub.
Sağlamlıq
20 May , 2022 16:32
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 3 067 nəfər vaksinasiya olunub.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 347, ikinci doza vaksinlərin sayı 587 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 910-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 701 250, birinci doza peyvəndlərin ümumi sayı 5 345 251, ikinci doza vaksinlərin sayı 4 846 372 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 265 489, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 138 olub.

Son xəbərlər

Orphus sistemi