Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 7 milyonu ötüb

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 7 milyonu ötüb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.
Sağlamlıq
2 Sentyabr , 2021 18:54
Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 7 milyonu ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 7 009 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 239 851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 770 082 təşkil edir.

Son xəbərlər

Orphus sistemi