Bu gündən Azərbaycanda peyvənd həftəsi başlayır

Bu gündən Azərbaycanda peyvənd həftəsi başlayır Nəticələr haqqında məlumatlar mayın 20-dək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim ediləcək
Sağlamlıq
25 Aprel , 2016 09:43
Bu gündən Azərbaycanda peyvənd həftəsi başlayır

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycanda immunlaşdırma (peyvənd) həftəsi başlayır. "Report"un xəbərinə görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev "Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə" əmr də imzalayıb.

Əmrdə aprel ayının 25-30 tarixlərində respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi"nin keçirilməsi, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır.

Eyni zamanda, “İmmunlaşdırma həftəsi”nin nəticələri haqqında məlumatların mayın 20-dək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilməsi, “İmmunlaşdırma həftəsi”nin yekun nəticələri haqqında məlumatların mayın 27-nə kimi Səhiyyə Nazirliyinə təqdim edilməsi tapşırıqları verilir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda "İmmunlaşdırma həftəsi" keçirilir və Azərbaycanın Səhiyyə Nazirliyi 2007-ci ildən bu tədbirə qoşulub.

Son xəbərlər

Orphus sistemi