Azərbaycanda özəl tibb müəssisələrinə nəzarətin gücləndirilməsi təklif olunur

Azərbaycanda özəl tibb müəssisələrinə nəzarətin gücləndirilməsi təklif olunur Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda özəl tibb müəssisələrinə nəzarətin gücləndirilməsi təklif olunur.
Sağlamlıq
19 Aprel , 2018 16:50
Azərbaycanda özəl tibb müəssisələrinə nəzarətin gücləndirilməsi təklif olunur

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda özəl tibb müəssisələrinə nəzarətin gücləndirilməsi təklif olunur.

“Report”un xəbərinə görə, bu təklif Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə pasiyentlərin sağlamlığının qorunması hüququnun etibarlı təmin edilməsi məqsədilə özəl tibb müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi təklif edilir.

Qeyd edək ki, vətəndaşlar Ombudsmana özəl klinikalardakı ciddi pozuntular, qiymətlərin baha olması, müalicənin nəticəsiz qalmasından şikayətləniblər.

Son xəbərlər

Orphus sistemi