Azərbaycanda narkoloji xidmətin keyfiyyəti yaxşılaşdırılacaq.
"Report" xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında öz əksini tapıb.
Həmçinin narkoloq və tibbi psixoloqlar, narkoloji müalicə müəssisələrinin sayı artırılacaq və reabilitasiya mərkəzləri yaradılacaq.
Bununla bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verilib.