Azərbaycanda meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb olunub

Azərbaycanda meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb olunub “Azərbaycanda bu il yanvarın 1-də meyitdən orqan köçürülməsinə dair qanun qüvvəyə minib. Qanundan irəli gələn məsələlərin həlli üçün etika komissiyası yaradılıb”.
Sağlamlıq
14 Yanvar , 2022 15:01
Azərbaycanda meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb olunub

“Azərbaycanda bu il yanvarın 1-də meyitdən orqan köçürülməsinə dair qanun qüvvəyə minib. Qanundan irəli gələn məsələlərin həlli üçün etika komissiyası yaradılıb”.

“Report” xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, hazırda məsələnin sosial-hüquqi bazası yaradılır: “Din xadimləri də artıq bu işə cəlb olunub. Yaxın zamanlarda bu baza yaradılacaq və sonra meyitdən orqan köçürülməsi aktiv sürətdə həyata keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi