Azərbaycanda risk qruplarına aid olanlar arasında İİV-ə yeni yoluxma halları azalıb

Azərbaycanda risk qruplarına aid olanlar arasında İİV-ə yeni yoluxma halları azalıb Şöbə müdiri: "Ölkədəki küçə uşaqları arasında İİV-ə yoluxma faktı aşkarlanmayıb"
Sağlamlıq
30 Noyabr , 2016 12:12
Azərbaycanda risk qruplarına aid olanlar arasında İİV-ə yeni yoluxma halları azalıb

Bakı. 30 noyabr. REPORT.AZ/ "Bu günə qədər Azərbaycanda küçə uşaqları arasında İİV-ə yoluxma faktı aşkarlanmayıb".

"Report" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr - Ümümdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan tədbirdə deyib.

O bildirib ki, 2011-ci ildə bununla bağlı tədqiqat işləri aparılıb: "Bakı şəhərini əhatə edən araşdırma nəticəsində belə uşaqlar arasında İİV-ə yoluxma faktı aşkarlanmayıb. Normativ sənədlərə əsasən, tədqiqat nəticəsində küçə uşaqlarında belə xəstəliklər aşkar edilmirsə, onlar risk qrupu hesab olunmur. Azərbaycanda risk qruplarına - inyeksion narkotik istifadəçiləri, homoseksuallar, seks-biznes işçiləri və məhbuslar aiddir. Ölkə üçün hazırda bu risk qrupları aktualdır. Risk qrupları arasında aparılan tədqiqatlar göstərir ki, onlar arasında İİV-ə yeni yoluxma halları azalıb".

N.Zülfüqarovun sözlərinə görə, eyni zamanda, bu vaxta kimi həkimlər arasında da bu virusa yoluxma faktı aşkarlanmayıb: "Qanunvericiliyə əsasən, əgər cərrahiyyə sahəsində çalışan həkimlərdə bu xəstəlik aşkar edilərsə, o zaman həmin həkimin işlədiyi sahə dəyişdirilir. Onlar stasionar şöbəyə köçürülərək işlə təmin olunurlar. Bundan başqa, bu günə qədər gözəllik salonlarındada, stomotoloji kabinetlərdə İİV-ə yoluxma halları müşahidə olunmayıb. Lakin bununla kifayətlənmək olmaz. Ona görə də bütün qabaqlayıcı tədbirlər vaxtında görülməlidir". 

Son xəbərlər

Orphus sistemi