Azərbaycanda koronavirusun diaqnostikasının aparılacağı mərkəzin adı açıqlanıb

Azərbaycanda koronavirusun diaqnostikasının aparılacağı mərkəzin adı açıqlanıb Azərbaycanda koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.
Sağlamlıq
3 Fevral , 2020 11:04
Azərbaycanda koronavirusun diaqnostikasının aparılacağı mərkəzin adı açıqlanıb

Azərbaycanda koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəyə gətirilən testlər artıq mərkəzə təhvil verilib: “Epidemiyaya yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılacaq. Azərbaycana kifayət qədər test gətirilib”.

Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib. 

Son xəbərlər

Orphus sistemi