Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı Hazırda Azərbaycanda 8&332 aktiv koronavirus xəstəsi var.
Sağlamlıq
5 İyul , 2020 21:56
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
0 : 00
0 : 00

Hazırda Azərbaycanda 8 332 aktiv koronavirus xəstəsi var.

Bu barədə “Report” Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Məlumata görə, onlardan 348 nəfəri reanimasiyada, 60-ı isə süni tənəffüs cihazındadır.

Qeyd edilir ki, son sutkada koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722 test aparılıb. Bununla da ölkədə indiyədək aparılmış koronavirus testlərinin sayı isə 516 533-ə çatıb.

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib.

Son xəbərlər

Orphus sistemi